İngiltərənin "Arsenal" klubu qışda iki futbolçusu ilə yollarını ayıra bilər.
NUHÇIXAN-nın "Football Insider"a istinadən məlumatına görə, bunlar Qabriel Jezus və Leandro Trossardır.
London təmsilçisi növbəti transfer dönəmində hər iki oyunçunu satmaq niyyətindədir.
Qeyd edək ki, Jezus 2024/2025 mövsümündə 27 matçda 7 qol, 2 məhsuldar ötürmə, Trossar isə 56 qarşılaşmada 10 qol və 10 assistlə yadda qalıb.