"Qarabağ" klubunun U-19 komandası UEFA Gənclər Liqasında bu gün mübarizəyə başlayacaq.
NUHÇIXAN-ın məlumatına görə, Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv Portuqaliyada "Benfina"nın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.
Qeyd edək ki, U-19 oktyabrın 1-də Bakıda Danimarka təmsilçisi "Kopengahen"lə qarşılaşacaq.