Azərbaycan klubu üç ukraynalı voleybolçu transfer edib

A- A A+

Qadın voleybolçulardan ibarət “Abşeron” komandası heyətinə üç yeni oyunçu cəlb edib.

NUHÇIXAN-ın əldə etdiyi məlumata görə, Bakı klubu ukraynalı voleybolçular - Daria Kaplanska, Anastasiya Mayevska və Yana Prokopovanın keçidini rəsmiləşdirib.

Hər üç voleybolçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, ötən mövsüm “Abşeron” Yüksək Liqanın gümüş medallarına sahib çıxıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: