Serbiya millisinin sabiq futbolçusu oyun zamanı dünyasını dəyişib

A- A A+

Serbiya millisinin sabiq yarımmüdafiəçisi Deyan Milovanoviç veteran futbolçuların oyunu zamanı dünyasını dəyişib.

NUHÇIXAN “L'Equipe” nəşrinə istinadən xəbər verir ki, 41 yaşlı keçmiş futbolçu ölkəsinin "Srvena Zvezda" klubunun heyətində meydana çıxıb. O, qol vurduqdan bir neçə dəqiqə sonra huşunu itirib.

İlkin versiyaya görə, Milovanoviç "ikiqat infarkt" keçirib. Tibb işçiləri onu həyata qaytara bilməyiblər.

Qeyd edək ki, Deyan Milovanoviç Serbiyanın "Srvena Zvezda", "Vozdovaç", Fransanın "Lans", eləcə də Yunanıstanın "Panionios" klublarında çıxış edib. O, 2006-cı ildə Serbiya çempionatının ən yaxşı oyunçusu seçilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: