Şahmat üzrə dünya çempionatında Azərbaycan komandasının rəqibi İran yığması olacaq

76

Martın 13-də Astanada kişi şahmatçılar arasında komandalararası dünya çempionatının səkkizinci turunun oyunları keçiriləcək.

NUHÇIXAN xəbər verir ki, Azərbaycan millisi bu turda İran yığması ilə qarşılaşacaq. Şahmatçılarımız Arkadi Naydiç Parham Maqsudlu, Rauf Məmmədov Puya İdani, Qədir Hüseynov Amin Tabatabaye, Nicat Abbasov isə Əlirza Firuzdca ilə üz-üzə gələcəklər.

Komandamızın ötən turda Hindistan yığması ilə oyunu heç-heçə başa çatıb.

Hazırda yığmamızın aktivində 5 xal var. Rusiya 12 xalla liderliyini davam etdirir. İngiltərə 11, Hindistan 10, Çin 8, İran 7, Qazaxıstan və İsveç komandaları hərəyə 4 xal qazanıblar. Misirin aktivində isə cəmi 1 xal var.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: