Azərbaycan milli komandası FIFA reytinqində geriləyib

A- A A+

FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

NUHÇIXAN ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan yığması reytinqdə iki pillə geriləyib.

Hazırda baş məşqçisiz olan kollektiv 1148,09 xalla 124-cü yerdə qərarlaşıb.

Reytinqə 1875,37 xalla son Avropa çempionu İspaniya millisi başçılıq edir. İkinci sırada Fransa (1870,92), üçüncü pillədə isə Argentina (1870,32) yer alıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: