Çempionlar Liqasında ilk turun oyunlarından sonra "Qarabağ"ın turnir cədvəlindəki mövqeyi bəlli olub
UEFA Çempionlar Liqasında əsas mərhələnin ilk turuna yekun vurulub.
NUHÇIXAN xəbər verir ki, ötən gecə baş tutan 6 qarşılaşmadan sonra komandaların turnir cədvəlindəki mövqeləri bəlli olub.
İlk turda Portuqaliyada "Benfika"nı 3:2 hesabı ilə məğlub edən "Qarabağ" 10-cu pillədə qərarlaşıb. Turnir cədvəlinə son oyun günündə Almaniyada "Qalatasaray"ı darmadağın edən "Ayntraxt" başçılıq edir. Fransanın PSJ klubu 2-ci, Portuqaliyanın "Sportinq" komandası 3-cüdür.
Qeyd edək ki, Çempionlar Liqasında II turun oyunlarına sentyabrın 30-da start veriləcək. Liqa mərhələsində ilk 8 yeri tutan komandalar birbaşa 1/8 finala yüksələcək. Bu raundu 9-24-cü pillələrdə başa vuran kollektivlər isə play-off matçları oynayacaq.