Azərbaycan taekvondoçuları Polşada 3 medal qazanıblar - FOTOLAR
Azərbaycan taekvondoçuları Polşada keçirilən “Polish Open” turnirində 3 medal qazanıblar.
Federasiyadan NUHÇIXAN-a bildirilib ki, qadınlar arasında Minayə Əkbərova (46 kiloqram) bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Kişilərin yarışında isə Qaşim Maqomedov (63 kiloqram) və Cavad Ağayev (80 kiloqram) bürünc mükafata sahib çıxıblar.