Azərbaycan paraüzgüçüsü Sinqapurda gümüş medal qazanıb

A- A A+

Azərbaycan paraüzgüçüsü Raman Salei (S12 kateqoriyası) Sinqapurda keçirilən dünya çempionatının üçüncü günündə gümüş medal qazanıb.

Bu barədə NUHÇIXAN-a Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən bildirilib.

İdmançı 50 metr məsafəyə sərbəst üsulla üzməkdə 24:27 nəticə ilə ikinci yeri tutub.

Qeyd edək ki, R.Salei yarışın ilk günündə 100 metr məsafəyə arxasıüstə üzməkdə 1:01.58 nəticə ilə qızıl, ikinci gündə isə 100 metr məsafəyə "butterfly" (kəpənək) üsulunda 58.17 nəticə ilə bürünc medal əldə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: