Naxçıvanda UEFA C kursunun sonuncu mərhələsi keçirilib - FOTOLAR

A- A A+

AFFA və Naxçıvan Futbol Federasiyasının (NFF) birgə təşkilatçılığı ilə Naxçıvanda UEFA C kursunun dördüncü - sonuncu mərhələsi keçirilib.

NUHÇIXAN qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, məşqçilər üçün yazılı və şifahi imtahanlardan öncə ilkin tibbi yardım mövzusunda Naxçıvan Dövlət Universitetinin tibb kafedrasında təşkil olunmuş seminarın iştirakçılarına sertifikatlar təqdim olunub.

Məşqçilərə uğurlar arzulayan NFF nümayəndələri əməkdaşlığa və Naxçıvan futboluna göstərilən xüsusi diqqətə görə AFFA rəhbərliyinə təşəkkürünü bildirib.

Futbolun kütləviliyi və inkişafı naminə bu əməkdaşlığın gələcəkdə də davamlı olacağı vurğulanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: