AFFA İntizam Komitəsi üç klubu cərimələyib

A- A A+

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

NUHÇIXAN qurumun rəsmi saytına istinadla xəbər verir ki, iclasda Misli Premyer Liqasının V turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

“Sabah” – “Turan Tovuz” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə ev sahibi komanda 2000 manat cərimə edilib.

“Araz-Naxçıvan” – “Qarabağ” qarşılaşmasının 28-ci dəqiqəsində Naxçıvan təmsilçisinin futbolçusu Slavik Alxasov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klub 500 manat cərimələnib.

Həmin görüşün 60-cı dəqiqəsində “Qarabağ” komandasının azarkeşləri tərəfindən rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə Ağdam təmsilçisi 5000 manat ziyana düşüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: