Misli Premyer Liqasında VI tura bu gün start veriləcək.
NUHÇIXAN-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Turun açılış matçında "Zirə" "İmişli"nin qonağı olacaq.
Quba Olimpiya İdman Kompleksinin stadionundakı qarşılaşma saat 15:30-da start götürəcək. Paytaxt təmsilçisi 11 xalla liderdir. Bölgə klubu 7 xalla yeddinci pillədə qərarlaşıb.
Günün ikinci matçında "Qarabağ" "Qəbələ" ilə üz-üzə gələcək. Görüş "Azərsun Arena"da, saat 19:00-da başlayacaq. Rəqiblərindən bir oyun az keçirən Ağdam komandası 7 xalla beşinci, "qırmızı-qaralar" isə 4 xalla onuncudur.
Misli Premyer Liqası
I dövrə, VI tur
26 sentyabr
15:30. "İmişli" – "Zirə"
Hakimlər: Əli Əliyev, Teymur Teymurov, Cəmil Quliyev, Tural Qurbanov.
VAR: Elçin Məsiyev.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Quba Olimpiya İdman Kompleksinin stadionu.
19:00. "Qarabağ" – "Qəbələ"
Hakimlər: Rauf Cabarov, Tərlan Talıbzadə, Şirmamed Mamedov, Elvin Bayramov.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
"Azərsun Arena"
Qeyd edək ki, VI tura sentyabrın 28-də yekun vurulacaq.