lll MDB Oyunları: Azərbaycanın qadınlardan ibarət stolüstü tennis komandası finala çıxıb

A- A A+

Bu gün Qəbələ Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində stolüstü tennis yarışına start verilib.

NUHÇIXAN xəbər verir ki, ilk gündə Azərbaycanın qadınlardan ibarət komandası yarımfinalda Özbəkistanı 2:1 hesabı ilə məğlub edib.

Komanda finalda Rusiya millisi ilə üz-üzə gələcək.

Azərbaycanın kişilərdən ibarət millisi isə bu gün 1/4 finalda Özbəkistanla görüşəcək.

Bu cütün qalibi yarımfinalda Qazaxıstanla qarşılaşacaq.

Yarımfinalın qalibləri ertəsi gün finalda üz-üzə gələcəklər. Məğlub olanlar isə III MDB Oyunlarının bürünc medalçıları olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: