Azərbaycanın futbol millisi III MDB Oyunlarına qələbə ilə başlayıb

A- A A+

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarının proqramına uyğun olaraq, sentyabrın 27-də Qəbələ şəhər stadionunda futbol yarışlarına start verilib.

NUHÇIXAN xəbər verir ki, birinciliyin ilk oyununda Aqil Nəbiyevin başçılıq etdiyi Azərbaycan (U-16) millisi Tacikistanın U-16 komandası ilə qarşılaşıb.

Oyuna başlamazdan əvvəl Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüş Azərbaycan millisinin 1-0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmada qolu 29-cu dəqiqədə Xəzər Hüseynzadə vurub.

Günün ikinci matçında isə Belarus və Rusiya komandaları qarşılaşacaqlar.

Qeyd edək ki, futbol yarışında 6 ölkənin - Azərbaycan, Tacikistan, Qırğızıstan, Belarus, Rusiya və Özbəkistanın komandaları mübarizə aparırlar. Yarışlara oktyabrın 4-də yekun vurulacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: