Naxçıvanlı idmançılar MDB Oyunlarına qələbə ilə başladı - FOTOLAR

A- A A+

Naxçıvanlı idmançılar MDB Oyunlarına qələbə ilə başladı.

Sentyabrın 28-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Gəncədə möhtəşəm açılış mərasimi ilə start götürən III MDB Oyunları davam edir.  

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, MDB Oyunlarında Azərbaycanı təmsil edən idmançılar arasında Naxçıvanlı gənclər də var. Onlar ilk sınaqda uğur qazanıblar. .Belə ki, boks millimizin üzvü Haqverdi Həsənov 1/4 finalda Bahdan Şaşlikovu (Belarus) məğlub edərək (3:2) növbəti mərhələyə adlayıb. Yarımfinala çıxmaqla özü üçün azı bürünc medalı təmin edən boksçumuz oktyabrın 3-də finala çıxış uğrunda David Karababayevlə (Rusiya) görüşəcək. 

Haqverdi ilə yanaşı, Naxçıvandan 3 idmançı və 1 məşqçi ölkəmizi yarışlarda təmsil edir. Boks üzrə yığma komandamızda Turqay Abbasov, 15 yaşadək qızlardan ibarət Azərbaycan millisində isə voleybolçular Ülviyə Orucova, Kəmalə Mahmudlu və məşqçi qismində Pərvin Səfərli medallar uğrunda mübarizə aparırlar. Voleybol millimiz ilk oyununda Tacikistanı 3:0 hesabı ilə məğlub edib. 


Oktyabrın 8-dək davam edəcək III MDB Oyunlarında yarışlar 23 idman növü üzrə olmaqla, ölkəmizin 7 şəhərində ümumilikdə 12 idman məkanını əhatə edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: