“Qarabağ” bu gün Çempionlar Liqasında növbəti oyununu keçirəcək

A- A A+

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.

NUHÇIXAN xəbər verir ki, Azərbaycan çempionu Liqa mərhələsinin II turunda Bakıda Danimarkanın “Kopenhagen” komandasını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq görüş saat 20:45-də başlayacaq. Qarşılaşmanı niderlandlı FIFA referisi Sərdar Gözüböyük idarə edəcək.

Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsinin ilk turunda Portuqaliyada "Benfika"ya 3:2 hesabı ilə qalib gəlib. "Kopenhagen" isə öz meydanında Almaniyanın "Bayer" klubu ilə heç-heçə edib - 2:2. Turnir cədvəlində Azərbaycan təmsilçisi 3 xalla 13-cü, Danimarka klubu 1 xalla 24-cü pillədə qərarlaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: