“Novruz qatarı” Ordubada yola düşəcək

A- A A+

NUHÇIXAN xəbər verir ki, martın 21-də Naxçıvan Muxtar Respublikası Gənclər Fondu və “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin birgə təşkilatçılığı ilə Novruz bayramı münasibətilə gənclərin qatarla Ordubad rayonuna ekskursiyası təşkil olunacaq.

“Novruz qatarı” adlanan ekskursiyada gənclər üçün yolboyu qatarda Novruz bayramının simvolu olan oyunlar təşkil olunacaq, müxtəlif yarışlar keçiriləcək, musiqi nömrələri səsləndiriləcəkdir. Novruz qatarı ekskursiyasında 3 müasirtipli sərnişin vaqonu hazırlanaraq Naxçıvan-Ordubad-Naxçıvan istiqamətində xəttə buraxılacaq. Vaqonlarda sərnişinlərə nümunəvi xidmət göstərilməsi məqsədilə kupelərdə çay süfrəsi təşkil edilərək, müxtəlif bayram şirniyyatları veriləcək və əlavə olaraq vaqonların kupeləri Novruz bayramına məxsus atributlarla bəzədiləcək. Həmçinin qatarda olarkən "Ən yaxşı səməni" və "Ən yaxşı bəzədilmiş yumurta" müsabiqələri keçiriləcəkdir. 

İştirakçılar Ordubad rayon ərazisindəki muzeylərlə tanış olacaq, rayon mərkəzində hazırlanmış bayram şənliyində iştirak edəcəklər. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: