Sərbəst güləş üzrə dünya kubokunun mükafat fondu 100 min dollar olacaq

98

Rusiya Federasiyası Saxa Respublikasının paytaxtı Yakutskda keçiriləcək sərbəst güləş üzrə dünya kubokunun mükafat fondu 100 min dollar olacaq.

NUHÇIXAN TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Martın 16-17-də keçiriləcək turnirdə sonuncu dünya çempionatının ən yaxşı 8 komandası iştirak edəcək. A qrupunda Rusiya, Kuba, Yaponiya və Türkiyə, B qrupunda isə ABŞ, İran, Gürcüstan və Monqolustan yığmaları mübarizə aparacaqlar. Qrupun qalibləri finalda görüşəcəklər.

Qeyd edək ki, dünya kubokunun qalibi 50 min dollar, gümüş və bürünc mükafatçılar, müvafiq olaraq 30 və 20 min dollar qazanacaqlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: