UEFA Çempionlar Liqası: həftənin ən yaxşı qolu müəyyənləşib

A- A A+

Martın 16-də UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin cavab görüşlərində vurulan qolların arasında ən yaxşısı seçilib.

NUHÇIXAN UEFA-nın saytına istinadla xəbər verir ki, İngiltərənin "Liverpul" komandasının futbolçusu Sadio Manenin səkkizdəbir finalda səfərdə Almaniya "Bavariya" klubunun qapısından vurduğu qol həftənin ən yaxşısı seçilib. Seneqallı futbolçu səsvermə nəticəsində danimarkalı Lasse Şöne (“Ayaks”, Hollandiya), serbiyalı Dusan Tadiç (“Ayaks”, Hollandiya) və argentinalı Lionel Messini (“Barselona”, İspaniya) qabaqlayıb.

Qeyd edək ki, qarşılaşma "Liverpul"ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbəyə əsasən "Liverpul" qitənin ən nüfuzlu klub turnirinin dörddəbir final mərhələsinə vəsiqə qazanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: