Azərbaycan ağırlıqqaldıranı dünya birinciliyində qızıl medal qazanıb

133

ABŞ-ın Las-Veqas şəhərində keçirilən yeniyetmə ağır atletlər arasında 8-ci dünya birinciliyi başa çatıb.

NUHÇIXAN Azərbaycan Ağır Atletika Federasiyasına (AAAF) istinadla xəbər verir ki, 50 ölkədən 200-ə yaxın atletin mübarizə apardığı yarışda yığma komandamızın üzvü Rəhman Kazımov qızıl medal qazanıb.

Komandamızın üzvlərindən son olaraq körpücük üzərinə çıxan R.Kazımov (+102) birdən qaldırma hərəkətində 131 kiloqramı başı üzərinə qaldıraraq bu hərəkətdə beşinci yeri tutub. Təkanla qaldırmada isə idmançımız tarixi uğur əldə edib. Hər üç yanaşmasını uğurla yerinə yetirən Avropa birinciliyinin mükafatçısı 174 kiloqramı başı üzərinə qaldırmağı bacarıb. Bununla da atletimiz bu hərəkətdə bütün rəqiblərini üstələyərək dünya birinciliyinin qızıl medalına sahib olub. Azərbaycan yeniyetmə ağır atletikası tarixində indiyədək heç kim dünya birinciliyində nə ayrı hərəkətdə, nə də toplamda qızıl medal qazanmayıb. Bu baxımdan R.Kazımovun medalı bir ilkdir.

Toplam 305 kiloqram (131+174) nəticə ilə Rəhman Kazımov yekun sıralamada dördüncü yeri tutub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: