"Araz-Naxçıvan"ın UEFA Çempionlar Liqasında oyunlarını idarə edəcək hakimlər müəyyənləşib

A- A A+

UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək "Araz-Naxçıvan"ın yer aldığı VII qrupun oyunlarını idarə edəcək hakimlər müəyyənləşib.

NUHÇIXAN Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, oyunlarda FİFA referiləri Viktor Şix (Fransa), Vasilika Kiuplea (Uels), Aslan Qalayev (Qazaxıstan) və İrmantas Kaprasovas (Litva) ədaləti qoruyacaq.

Miodraq Raduloviç (Monteneqro) UEFA nümayəndəsi, Nebojsa Paniç (Serbiya) və Sebastian Staviçki (Polşa) hakim-inspektor kimi fəaliyyət göstərəcək.

UEFA Çempionlar Liqası

VII qrup

29 oktyabr

22:00. "Araz-Naxçıvan" – "Yunayted Qalati" (Rumıniya)

Sala Sporturilor Dunarea.

30 oktyabr

19:00. "Araz-Naxçıvan" – "Differdanje 03" (Lüksemburq)

Sala Sporturilor Dunarea.

1 noyabr

18:00. Tigers Roermond (Niderland) – Araz-Naxçıvan

Sala Sporturilor Dunarea.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: