DÇ-2026: Final mərhələsinə 21 ölkə vəsiqə qazanıb

A- A A+

Gələn il keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsinə indiyədək 21 ölkənin yığması vəsiqə qazanıb.

NUHÇIXAN xəbər verir ki, bunlardan üçü DÇ-2026-ya ev sahibliyi edəcək ABŞ, Meksika və Kanadadır. Mundial bu ölkələrdə keçiriləcəyi üçün onlar birbaşa həlledici mərhələdə çıxış edəcəklər.

Həmin ölkələrdən başqa, Yaponiya, İran, Yeni Zelandiya, Argentina, İordaniya, Uruqvay, Tunis, Paraqvay, Özbəkistan, Misir, Kolumbiya, Cənubi Koreya, Qana, Mərakeş, Ekvador, Əlcəzair, Braziliya və Avstraliya milli komandaları da dünya çempionatında iştirak hüququ qazanıb.

Qeyd edək ki, ilk dəfə 48 komandanın iştirakı ilə keçiriləcək mundial iyunun 11-dən iyulun 19-dək təşkil olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: