Argentinalı hücumçu Lionel Messi ABŞ-nin "İnter Mayami" klubu ilə müqaviləsinin müddətini uzatmağa yaxındır.
NUHÇIXAN xəbər verir ki, bu barədə məşhur insayder Fabrizio Romano məlumat yayıb.
Tərəflər arasında yeni sözləşmə ilə bağlı danışıqlar müsbət istiqamətdə irəliləyir və yaxın günlərdə yekunlaşacağı gözlənilir.
Mənbənin məlumatına əsasən, 38 yaşlı futbolçu bütün diqqətini hazırda "İnter Mayami"yə yönəldib və karyerasını bu klubda davam etdirmək arzusundadır.
Qeyd edək ki, Messinin "İnter Mayami" ilə hazırkı müqaviləsi 31 dekabr 2025-ci ilə qədər nəzərdə tutulub.