Bu gün “Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsində növbəti oyununa çıxacaq.
NUHÇIXAN xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv III turda İspaniyada "Atletik"in müvafiq yaş qrupundan ibarət komandasının qonağı olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Bilbao təmsilçisinin aktivində 6 xal var. Hər iki matçda məğlub olan Ağdam klubu isə xalsızdır.
Azərbaycanın turnirdəki digər təmsilçisi "Sabah" isə mübarizəyə bu gün başlayacaq. Bakı klubu II təsnifat mərhələsinin ilk qarşılaşmasında Fransada "Nant"la üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. Bu komandalar arasında cavab görüşü noyabrın 5-də Bakıda gerçəkləşək.