Premyer Liqanın IX turu "Araz-Naxçıvan"ın yarımmüdafiəçisi üçün yubileylə əlamətdar olub

A- A A+

Misli Premyer Liqasının IX turu Patrik Andrade üçün yubileylə əlamətdar olub.

NUHÇIXAN Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, "Araz-Naxçıvan"ın yarımmüdafiəçisi Premyer Liqada 100-cü oyununu keçirib.

Kabo-verdeli yarımmüdafiəçinin yubileyi "Sabah"la ev matçında (2:2) gerçəkləşib. O, start heyətində çıxdığı görüşdə 83 dəqiqə meydanda olub.

Qeyd edək ki, Andrade 2020/2021 mövsümündə debüt etdiyi Premyer Liqada iki klubun formasını geyinib. O, "Qarabağ"da 92 görüşdə 8 qola sevinib, "Araz-Naxçıvan"da isə 8 matçda iştirak edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: