Boks üzrə Naxçıvan birinciliyinə start verilib - FOTOLAR
Naxçıvan şəhərində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş yeniyetmələr, gənclər və böyüklər arasında boks üzrə muxtar respublika birinciliyinə start verilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, yarışda şəhər və rayon komandalarından ümumilikdə 70-ə yaxın idmançı mükafatlar uğrunda mübarizə aparır.
Muxtar respublikanın Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan yarışda qaliblər oktyabrın 28-də bəlli olacaq.