NUHÇIXAN-ın məlumatına görə, 8 Noyabr – Zəfər Günü münasibətilə Naxçıvan şəhərində “Zəfər qaçışı” adlı kütləvi idman tədbiri keçirilək. Yarış Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə reallaşacaq yarışda 14 yaşdan yuxarı istənilən şəxs iştirak edə bilər. Mükafatçılar kişilər və qadınlar arasında peşəkar və həvəskar idmançı kateqoriyalarında qiymətləndiriləcəklər. Bundan əlavə nominasiya qalibləri də təltif olunacaqdır.
Qaçış yarışına 5 noyabr 2025-ci il tarixində saat 11:00-da Naxçıvan şəhər Mərkəzi Xəstəxanasının qarşısından start veriləcək. İştirakçılar müəyyən edilmiş marşrut üzrə Zəfər parkının ətrafındakı finiş xəttinədək olan 5500 metrlik məsafə qət edəcəklər.
İştirakçıların qeydiyyatı noyabr tarixində saat 10:30-da başa çatacaq. Qeydiyyatdan keçmək və əlavə məlumat üçün 036 544 50 79 nömrəsi isə əlaqə saxlanılması xahiş olunur.
Qeyd edək ki, “Zəfər qaçışı”nın keçirilməsində məqsəd 8 Noyabr – Zəfər Gününün mənəvi əhəmiyyətini təbliğ etmək, əhali arasında sağlam həyat tərzini və idmana marağı artırmaqdır.
