Bədii gimnastlarımız Kiyevdə Qran-Pri yarışlarının final mərhələsində iştirak ediblər

A- A A+

Kiyevdə bədii gimnastika üzrə Qran-Pri yarışlarının final mərhələsi baş tutub.

NUHÇIXAN Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, millimizin 2-ci heyətli qrup komandası turnirdə iki final mərhələsində çıxış edib. Ayna Cəfərova, Simarə Cəfərova, Güllü Ağalarzadə, Narın Qurbanova, Nərmin Cahangirova və Humay Əliyevadan ibarət komanda topla icra etdikləri kompozisiyaya görə 16.150 xal alıblar.

Üç halqa və 2 gürzlə nümayişləri isə qızlara 15.400 xal qazandırıb. Nəticədə təmsilçilərimiz hər iki finalda yeddinci yerdə qərarlaşıblar.

Qrup komandamız, həmçinin çoxnövçülük yarışlarında da yeddinci olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: