2026-cı ilin sentyabrında Azərbaycanda karate üzrə Avropa çempionatının keçirilməsi barədə rəsmi qərar qəbul olunub.
NUHÇIXAN xəbər verir ki, bu barədə Azərbaycan Deflimpiya Komitəsinin baş katibi Namiq Novruzov mətbuat konfransında məlumat verib.
O, qərarın 2025-ci ilin avqust ayında keçirilmiş Avropa Karlar İdman Təşkilatının konqresində verildini deyib: “Bu, ölkəmizdə Deflimpiya hərəkatının inkişafı baxımından tarixi hadisə olacaq”.
                                    
 