VI İslam Həmrəyliyi Oyunları çərçivəsində noyabrın 6-da Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində gənclər və idman naziri Fərid Qayıbov ilə Səudiyyə Ərəbistanı Krallığının idman naziri şahzadə Əbdüləziz bin Turki Əl Feysəl Əl Səud arasında görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, görüşdə iki ölkə arasında gənclər və idman sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Görüş zamanı Gənclər və İdman Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının İdman Nazirliyi arasında gənclər sahəsində əməkdaşlıq üzrə 2026–2027-ci illər üçün İcra Proqramı imzalanıb.
Sənəd iki ölkə arasında gənclər siyasəti, mübadilə proqramları, könüllülük fəaliyyəti və qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsini nəzərdə tutur.
