Türkiyə klubunun prezidenti həbs olunub

A- A A+

İstanbul Baş Prokurorluğu mərc iddiaları ilə bağlı apardığı istintaq işlərini davam etdirir.

NUHÇIXAN Türkiyə mətbuatına istinadən xəbər verir ki, Baş Prokurorluq daha 21 şübhəli barəsində həbs qərarı çıxarıb. Onların arasında "Eyupspor" klubunun prezidenti Murat Özkaya da var. Həmçinin 17 hakim də nəzarətə götürülüb.

Qeyd edək ki, Türkiyə Futbol Federasiyası (TFF) daha əvvəl adları mərc oyunlarında hallanan 149 hakimi işindən uzaqlaşdırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: