Naxçıvanda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş beynəlxalq reytinqli şahmat turnirində qalib olan şahmatçıların mükafatlandırma tədbiri keçirilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə Naxçıvan Şahmat Mərkəzində keçirilən, 8 Noyabr – Zəfər Gününə həsr olunmuş beynəlxalq reytinqli şahmat turniri başa çatıb.

NUHÇIXAN xəbər verir ki, noyabrın 7-də şahmatçıların mükafatlandırma mərasimi keçirilib.

Turnirin baş hakimi Tural Zeynalov məlumat verib ki, Zəfər Gününün önəmini əks etdirən və gənclərin intellektual inkişafına töhfə vermək məqsədilə təşkil olunan, müxtəlif yaş kateqoriyalarında mübarizə aparan şahmatçıların bilik və bacarıqlarını nümayiş etdirdikləri turnirdə, ümumilikdə, 88 şahmatçı iştirak edib. Onlardan 52-si beynəlxalq reytinqli, 36-sı isə reytinqsiz oyunçulardır. 9 turdan ibarət İsveçrə sistemi ilə təşkil edilmiş yarışda 11 qadın iştirakçı, həmçinin 6-16 yaş aralığında 62 gənc, 2 Türkiyə vətəndaşı və 6 veteran şahmatçı mübarizə aparıb.

Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Bəxtiyar Məmmədov, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev qalib şahmatçılara və turnirin hakimlərinə  mükafatlarını təqdim ediblər.

Turnirin yekun nəticələrinə əsasən, ümumi qaliblər sırasında I yerə Pərviz Qasımov, II yerə Toğrul Həsənzadə, III yerə isə Urfan Sevdimalıyev layiq görülüb.

Yarışın ən gənc iştirakçıları Dəniz Abbasbəyli və Alparslan Dünyamalıyev olub. Veteranlar arasında isə Ələddin Bayramov qalib adını qazanıb.

Sonda xatirə fotosu çəkdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: