Futbol üzrə Azərbaycan Premyer Liqasının XXII turunun oyun cədvəli açıqlanıb

A- A A+

Futbol üzrə Azərbaycan Topaz Premyer Liqasının XXII turunun oyunlarının vaxtı müəyyənləşib.

NUHÇIXAN Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, iyirmi birinci turun oyunları iki günü əhatə edəcək.

Tura martın 30-da saat 16:00-da Zirə İdman Kompleksinin stadionunda “Zirə”–“Səbail” görüşü ilə start veriləcək. Həmin gün keçiriləcək “Keşlə”–“Neftçi” oyunu isə saat 18:30-da başlayacaq. Qarşılaşma “ASK Arena”da təşkil olunacaq.

İkinci günün ilk oyunu aprelin 1-də Qəbələ şəhər stadionunda baş tutacaq. “Qəbələ” klubu debütant “Sabah” komandasını qəbul edəcək.

Turun son görüşü isə “Kapital Arena” stadionunda “Sumqayıt” və “Qarabağ” komandaları arasında təşkil olunacaq. Görüşü saat 18:30-da start götürəcək.

Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” kanalı ilə canlı yayımlanacaq.

İyirmi bir turdan sonra turnir cədvəlində “ikihakimiyyətlilik” yaranıb. Aktivlərində 45 xalı olan “Neftçi” və “Qarabağ” turnir cədvəlində birinci və ikinci yerləri bölüşürlər. “Səbail” klubu 31 xalla üçüncü, 29 xalı olan “Qəbələ” isə dördüncü yerdədir. Digər pillələrdə müvafiq olaraq, “Sabah” (22), “Zirə” (22), “Keşlə” (19) və “Sumqayıt” (17) yer alıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: