İtaliyalı tanınmış mütəxəssis Roberto Mançininin yeni iş yeri məlum olub.
NUHÇIXAN xəbər verir ki, o, Qətərin “Əl-Sədd” komandasının baş məşqçisi təyin olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Roberto Mançini son olaraq Səudiyyə Ərəbistanı millisini çalışdırıb.
Qeyd edək ki, 60 yaşlı mütəxəssis, həmçinin “Mançester Siti”, “İnter”, “Qalatasaray” və İtaliya yığmasında da işləyib.
