Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
NUHÇIXAN AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, "Qarabağ"ın futbolçusu Toral Bayramov zədələndiyi üçün heyətdən çıxarılıb.
Daha əvvəl Ağdam klubunun digər müdafiəçisi Elvin Cəfərquliyev eyni səbəbdən millinin düşərgəsini tərk edib.
Qeyd edək ki, Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda Fransa yığması ilə qarşılaşacaq.
