Azərbaycanın iki güləş hakimi I kateqoriyaya yüksəlib.
Güləş Federasiyasından NUHÇIXAN-a bildirilib ki, Eldar Bayramov bu il İspaniya “Qran-Pri”sində (4-6 iyul), Əli Babayev isə “Poland Open” turnirində (30 iyul- 3 avqust) ədaləti qorumaqla yanaşı, Dünya Güləş Birliyi (UWW) tərəfindən təşkil edilən imtahanları uğurla başa vurub. Buna qədər II kateqoriyada xalça üzərində fit səsləndirən hakimlərimiz növbəti ildən I dərəcəli hakim statusunda qarşılaşmaları idarə edəcəklər.
Bu yüksəliş onların növbəti ildən etibarən U-17, U-20, U-23 yaş qrupları üzrə Avropa və dünya çempionatlarında, həmçinin reytinq turnirlərində iştirak etmələrinə şərait yaradacaq.
