“Avro 2020”: Xorvatiya və Azərbaycan yığmalarının start heyəti açıqlanıb

A- A A+

Bu gün Bakı vaxtı ilə saat 23:45-də futbol üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxacaq.

NUHÇIXAN xəbər verir ki, millimiz səfərdə Xorvatiya yığmasının qonağı olacaq. Zaqreb şəhərindəki 35 min azarkeş tutumuna malik “Maksimir” stadionunda keçiriləcək oyunu Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.

Artıq komandaların start heyətləri açıqlanıb. Azərbaycan millisinin heyətində meydana Səlahət Ağayev, Bədavi Hüseynov, Rahil Məmmədov, Maksim Medvedyev, Şəhriyar Rəhimov, Qara Qarayev, Riçard Almeyda, Eddi İsrafilov, Mahir Mədətov, Dmitri Nazarov və Ramil Şeydayev çıxacaqlar.

Xorvatiya millisinin start heyətinə isə Lovre Kaliniç, Yosip Brekalo, Domqaoy Vida, Borna Barişiç, Due Çelata-Tsar, Bruno Petkoviç, Luka Modriç, İvan Rakitiç, Mateo Kovaçiç, İvan Perişiç və Andrey Kramiriç daxil edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: