Azərbaycan güləşçisi Rusiyadakı turnirdə qızıl medal qazanıb - FOTOLAR
Azərbaycanın sərbəst güləşçisi Ali Tsokayev (86 kq) Rusiyanın Yakutsk şəhərində keçirilən turnirdə qızıl medal qazanıb.
Bu barədə NUHÇIXAN-a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.
Cəbrayıl Hacıyev (79) bu turnirdə üçüncü yeri tutub.
Tarko-Sale şəhərində isə yunan-Roma güləşi üzrə yarış baş tutub. Turnirdə Fərid Sadıxlı (55 kq), Nihad Quluzadə (60 kq) və Məhəmməd Əhmədiyev (97 kq) bürünc medala sahib çıxıb.