Xorvatiya-Azərbaycan oyunu başlayıb

A- A A+

Futbol üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxıb.

NUHÇIXAN xəbər verir ki, millimiz səfərdə Xorvatiya yığması ilə qarşılaşır. Zaqreb şəhərindəki “Maksimir” stadionunda keçirilən oyunu Bolqarıstandan olan hakimlər briqadası idarə edir. Matçın baş hakimi Georgi Kabakovdur.

Bu görüş yığmamızın baş məşqçisi Nikola Yurçeviç üçün əlamətdardır. Belə ki, xorvatiyalı mütəxəssis öz ölkəsində millimizin baş məşqçisi kimi debüt edir.

İndiyədək Azərbaycan və Xorvatiya milli komandaları iki dəfə üz-üzə gəliblər. Avropa çempionatının seçmə mərhələsi çərçivəsində 2014-cü il oktyabrın 13-də millimizin səfərdə keçirdiyi oyun Xorvatiya millisinin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bir il sonra sentyabrın 3-də Bakıda oynanılan matçda isə hesab açılmayıb.

“Avro 2020”nin seçmə mərhələsində Azərbaycan millisi Xorvatiya, Uels, Slovakiya və Macarıstanla birgə “E” qrupunda yer alıb. Qrupun digər oyununda Slovakiya öz meydanında Macarıstan yığması ilə qarşılaşır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: