"Avro 2020": Azərbaycan millisi Xorvatiya yığmasına minimal hesabla uduzub

A- A A+

2020-ci ildə keçiriləcək futbol üzrə Avropa Çempionatının seçmə mərhələsində Xorvatiya yığması Azərbaycan komandasını qəbul edib.

NUHÇIXAN-ın məlumatına görə, "E" qrupu çərçivəsində Zaqrebdə keçirilən oyunda millimizin hesabı açmasına baxmayaraq, nəticədə meydan sahibləri qalib gəlib.

Matçda hesabı 19-cu dəqiqədə yığmamızın hücumçusu Ramil Şeydayev açıb. Oyunun 44-cü dəqiqəsində meydan sahiblərinin futbolçusu Borna Barisiç hesabı bərabərləşdirib - 1:1. Nəhayət 79-cu dəqiqədə Xorvatiya millisinin futbolçusu Andrey Kramariç komandasını hesabda irəli çıxarıb.

Qrupun digər oyunu Trnava şəhərində baş tutub. Slovakiya komandası macarları qəbul edib. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: