Naxçıvanlı kikbokçulardan 9-u Gürcüstanda keçirilən beynəlxalq turnirin qalibi olub - FOTOLAR
Gürcüstanın Tbilisi şəhərində “Kaspi International Tournament of Kickboxing” adlı beynəlxalq kikboksinq turniri keçirilib. Gücüstanla yanaşı, Azərbaycan, Türkiyə və İran komandalarının iştirak etdiyi turnirdə ölkəmizi təmsil edən Naxçıvanın “Araz” Kikboksinq Klubunun idmançıları uğurlu nəticələrə imza atıblar.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, yarışda klubun baş məşçisi və təsisçisi Elvin Qoçəliyevin rəhbərliyi ilə 18 idmançı iştirak edib. Təkli döyüş formatında keçən turnirdə təmsilçilərimizdən 9-u qalib gələrək birinci, 9-u isə ikinci yerə layiq görülüblər. İdmançılarımıza diplom, medal və kubok təqdim olunub. Komanda heyəti turnir yekunlaşdıqdan sonra ümummilli lider Heydər Əliyevin Tbilisi şəhərindəki abidəsini ziayarət edib, dahi şəxsiyyətin xatirəsinə ehtiramını ifadə edib.
Qeyd edək ki, idmançılarımızdan Oğuz Cavadlı, Qurban Kəngərli, Həsən İsmayılov, Ülvü Əliyev, Polad Həsənli, İlham Şükürlü, Ayhan Xəlilli, Orxan Xəlilli və Rafiq Cəfərzadə birinci yerin sahibi kimi diplom və kubok, Nəsir Əliyev, Ağababa Həsənov, Adəm Cəfərov, Xəyal Seyidov, Hüseyn Mehdizadə, Ziya Məmmədzadə, Turan Həziyev, Əli Vəliyev və Ələmdar Nəcəfov isə ikincilər kimi diplom və medalla mükafatlandırılıblar.