Azərbaycan gələn il üzgüçülük üzrə Dünya Kubokuna ev sahibliyi edəcək - FOTOLAR

A- A A+

Azərbaycan gələn il üzgüçülük idmanının ən nüfuzlu yarışlarından birinə - Dünya Kubokuna ev sahibliyi edəcək.

Gənclər və İdman Nazirliyindən NUHÇIXAN-a bildirilib ki, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev və Dünya Su İdmanı Federasiyasının (World Aquatics) prezidenti Hüseyn Əl-Müsəlləm 2026-cı ilin 1-3 oktyabr tarixlərində Dünya Kubokunun Bakıda keçirilməsinə dair rəsmi müqavilə imzalayıblar. İmzalanma mərasimində gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib.

Qeyd edək ki, “Silk Way” Dünya Kubokunun ilk mərhələsi Bakı Su İdman Sarayında təşkil olunacaq. Yarışın növbəti mərhələləri isə 8-10 oktyabrda Daşkənddə (Özbəkistan), 15-17 oktyabrda isə Astanada (Qazaxıstan) keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: