Naxçıvan idmançıları yarışdan qələbə ilə qayıdıblar

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan idmançıları Kempo üzrə açıq Bakı şəhər turnirindən qələbə ilə qayıdıblar. Gənclər və İdman Nazirliyinin və Azərbaycan Kempo Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnir Hövsan Olimpiya İdman Kompleksində reallaşıb. Naxçıvan MR Kikboksink Federasiyasının üç idmançısının təmsil olunduğu turnirdə peşəkarlar arasında 12 çəki dərəcəsi üzrə 50-dən artıq idmançı mübarizə aparıb.

Qeyd edək ki, çempionat Kempo PRO, Full Kempo versiyaları üzrə keçirilib. “Naxçıvan Döyüş Klubu”nun baş məşqçisi Səyyad Məmmədov və Fətulla Məmmədli peşəkarlar arasında Kempo PRO versiyası üzrə döyüşdə birinci yerə layiq görülərək, kəmərin sahibi olublar.

 Kempo Full versiyası üzrə döyüşdə isə digər təmsilçimiz Elbir Nazim I yerə layiq görülüb.

                                                         Rəmzi Tahirli

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: