Premyer Liqa: "Sabah" xal itirib, "Neftçi" öz meydanında uduzub

A- A A+

Futbol üzrə Misli Premyer Liqasında XII tura yekun vurulub.

NUHÇIXAN xəbər verir ki, son oyun günündə 2 qarşılaşma keçirilib.

Günün ilk matçında "Sabah" evdə "Şamaxı"nı qəbul edib. Görüşdə qapılara qol vurulmayıb.

Turun bağlanış oyununda isə "Neftçi" öz meydanında "İmişli" ilə qarşılaşıb və gözlənilmədən rəqibinə uduzub - 2:3.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz" "Karvan-Yevlax"a 2:1, "Qarabağ" "Sumqayıt"a 4:2, "Zirə" "Qəbələ"yə 1:0 hesabı ilə qalib gəlib, "Araz-Naxçıvan" - "Turan Tovuz" matçında isə heç-heçə qeydə alınıb - 1:1.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: