"Araz-Naxçıvan"ın əsas komandası üçün hakimlik məsələləri ilə bağlı seminar təşkil olunub

A- A A+

"Araz-Naxçıvan" futbol klubunun əsas komandası üçün hakimlik məsələləri və oyun qaydaları ilə bağlı seminar təşkil olunub.

Naxçıvan təmsilçisindən NUHÇIXAN-a verilən məlumata görə, tədbirdə AFFA Hakimlər Departamentinin mütəxəssisi, keçmiş FİFA referisi Orxan Məmmədov, komandanın futbolçu və məşqçi heyəti iştirak ediblər.

Komitə təmsilçisi hakimlik və oyun qaydaları haqda danışıb, bu mövzuda sualları cavablandırıb, videoçarxda nümayiş olunan oyun epizodlarını şərh edib, eyni zamanda epizodlarla bağlı müzakirələr aparılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: