Bu gün "Avro-2020" seçmə mərhələsinin birinci turuna yekun vurulacaq

A- A A+

Martın 23-də futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə qrup mərhələsinin birinci turuna 8 qarşılaşma ilə yekun vurulacaq.

NUHÇIXAN xəbər verir ki, "J" qrupunun favoriti İtaliya millisi doğma meydanda Finlandiya yığmasını sınağa çəkəcək. Digər oyunlarda Bosniya və Herseqovina Ermənistanı, Lixtenşteyn isə Yunanıstan seçməsini qəbul edəcək.

"F" qrupunda mübarizə aparan İspaniya doğma meydanda Norveçlə üz-üzə gələcək. Qrupda həmçinin Malta - Farer adaları və İsveç - Rumıniya görüşləri keçiriləcək.

Günün qarşılaşmalarını təqdim edirik:

D qrupu

18:00. Gürcüstan – İsveçrə

21:00. Cəbəllütariq - İrlandiya

F qrupu

21:00. Malta – Farer adaları

21:00. İsveç - Rumıniya

23:45. İspaniya - Norveç

J qrupu

23:45. Bosniya və Herseqovina – Ermənistan

23:45. İtaliya - Finlandiya

23:45. Lixtenşteyn - Yunanıstan.

Qeyd edək ki, "Avro-2020"nin final mərhələsi qitənin 12 şəhərində, o cümlədən Bakıda təşkil olunacaq. 24 komandadan 4-ü UEFA Millətlər Liqasından, 20-si isə hər qrupda ilk 2-si olmaqla, seçmə mərhələdən vəsiqə qazanacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: