UEFA Çempionlar Liqası: "Qarabağ"ın qapıçısının üç qurtarışı ən yaxşılar sırasına düşüb

A- A A+

"Qarabağ"ın qapıçısı Mateuş Koxalskinin üç seyvi UEFA Çempionlar Liqasında günün ən yaxşı qurtarışları sırasında yer alıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

25 yaşlı qolkiperin İtaliyada "Napoli" ilə oyunda penaltini dəf etdiyi epizodla yanaşı, digər iki seyvi də "6-lığ"a düşüb.

Avropa futbol qurumu paylaşımda "qapıçılar bu gecə ən yaxşı formadadırlar. Ən yaxşısı hansıdır?" deyə sorğu da başladıb.

Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsinin V turunda Neapol klubuna 0:2 hesabı ilə uduzub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: