Türkiyə Superliqasının XIV turunda “Fənərbağça” və “Qalatasaray” komandaları arasında keçiriləcək matçın hakimləri açıqlanıb.
NUHÇIXAN Türkiyə Futbol Federasiyasının saytına (TFF) istinadən xəbər verir ki, İstanbul derbisini Yasin Kol idarə edəcək.
Ona Abdullah Bora Özkara və Bahtiyar Birinci kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Ali Yılmaz yerinə yetirəcək.
Dekabrın 1-də “Şükrü Saracoğlu” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
