Qurban Qurbanova Türkiyə millisinin imzalı forması hədiyyə edilib - FOTOLAR

A- A A+

Bakıda səfərdə olan Türkiyənin məşhur futbol şərhçisi Ertem Şener yenidən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla görüşüb.

NUHÇIXAN xəbər verir ki, jurnalist bununla bağlı özünün sosial şəbəkə hesabında video paylaşıb. O, təcrübəli mütəxəssisə Türkiyə millisinin imzalı formasını və topunu hədiyyə edib.

Q. Qurbanov isə öz növbəsində “ay-ulduzlular”a DÇ-2026-nın pley-off oyunlarında, qardaş ölkənin klublarına isə avrokuboklarda uğurlar arzulayıb.

Xatırladaq ki, Ertem Şener ilə Qurban Qurbanov arasında ilk görüş bu ayın əvvəlində UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda Bakıda keçirilmiş “Qarabağ” - “Çelsi” oyunundan əvvəl olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: