Paralimpiyaçımız “Tokio 2020”-yə lisenziya qazanmaq şansını artırıb

A- A A+

Azərbaycan Milli Paralimpiya Komitəsinin qılıncoynadanı Aytəkin Həsənova İtaliyanın Pisa şəhərində keçirilən dünya kuboku yarışlarında iştirak edib.

NUHÇIXAN xəbər verir ki, “Tokio 2020” Yay Paralimpiya Oyunlarına reytinq xalı qazandıran turnirdə təmsilçimiz baş məşqçi Asəf Məlikovun rəhbərliyi ilə qılıncoynatmanın hər 3 növündə gücünü sınayıb. Dörd reytinq xalı qazanan idmançımız Paralimpiya Oyunlarına lisenziya əldə etmək şansını artırıb.

Xatırladaq ki, 2020-ci il mayın 31-də açıqlanacaq reytinq cədvəlində ilk 25 yeri tutan idmançılar “Tokio 2020” Yay Paralimpiya Oyunlarına lisenziya qazanacaqlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: